Xəbər axtarın

Son axtarış nəticələri:

Aygün Muradxanlıdan şok AÇIQLAMA: “Universitet rektorları onlara efirə çıxmağa icazə vermirlər” - VİDEO

28.04.2026 15:49

Aygün Muradxanlıdan şok AÇIQLAMA: “Universitet rektorları onlara efirə çıxmağa icazə vermirlər” - VİDEO
Azərbaycanda bəzi universitet rektorları işçilərinə mediaya çıxmağa icazə vermirlər.

Primeinfo.az xəbər verir ki, bu sözləri jurnalist Aygün Muradxanlı Prime TV-nin “Qırmızı masa” proqramında deyib.

O, həmin ali məktəb rəhbərlərini tənqid edib:

“Bir neçə mütəxəssis tanıyıram ki, universitetdə dərs deyirlər, namizədlik və doktorluq dissertasiyalarını regionlardakı siyasi proseslər üzrə müdafiə ediblər. Onları dəfələrlə canlı efirə çağırmaq istəmişəm, deyiblər ki, rektor bizə icazə vermir. Dekanlar isə ümumiyyətlə düşünürlər ki, siz necə universitet rəhbərliyindən icazəsiz efirə çıxa bilərsiniz?

Guya bu rektorlar elm adamlarıdırlar. Bu nə yanaşmadır? Bu eybəcər yanaşmanı dəyişmək lazımdır. Bəs sahə üzrə mütəxəssis danışmasa, bir nəfəri tapıb danışdıracağıq, o da olacaq “hərşeyşünas” və cəmiyyətə yalnış yorumlar təqdim olunacaq”.

Davamı “Qırmızı masa”da:

Paylaş: