
ABŞ prezidenti Donald Tramp, İsrailin baş naziri Benyamin Netanyahu və Livan prezidenti Cozef Aunun iki həftə sonra Vaşinqtonda bir araya gələcəyi gözlənilir.
Primeinfo.az xəbər verir ki, tərəflər arasında keçiriləcək bu üçtərəfli görüş regiondakı gərginliyin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir.
İsrailin “i24” telekanalının yaydığı məlumata görə, Netanyahu sözügedən görüşdə iştirak etmək üçün mayın 11-dən başlayan həftə ərzində Vaşinqtona səfər edəcək.
Məlumatda bildirilir ki, Tramp-Netanyahu-Aun üçlüyünün Vaşinqtondakı müzakirələrinin əsas mövzusu mövcud təhlükəsizlik vəziyyəti və münaqişənin gedişatından asılı olacaq. Danışıqların regionda sülhün bərqərar olması istiqamətində atılacaq addımları əhatə edəcəyi vurğulanır.