
“Türk Dünyası Araşdırmaları Vəqfi tərəfindən təşkil olunan 26-cı Türk Dünyası Uşaq Şənliyi çərçivəsində türk coğrafiyasının müxtəlif bölgələrindən gələn uşaqlarla bir araya gəlmənin sevincini yaşadıq”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının genəl başqan yardımçısı, millət vəkili, tarix elmləri doktoru, professor İlyas Topsakal bildirib.
O, tədbirlə bağlı təəssüratlarını sosil şəbəkə hesablarında bölüşüb:
“Tədbirdə fərqli ölkə və şəhərlərdən gələn, lakin eyni mənəvi bağ ətrafında birləşən uşaqlarımızın gözlərindəki ümid və üzlərindəki təbəssüm Türk dünyasının gələcəyinə dair ən böyük təminatımızdır. Qardaşlıq, dostluq və ortaq gələcəyimizin rəmzi hesab olunan bu gözəl görüşün təşkilində əməyi keçən hər kəsə dərin təşəkkür edirəm!”
Посмотреть эту публикацию в Instagram