Xəbər axtarın

Son axtarış nəticələri:

İlyas Topsakal: “Bu uşaqlar Türk dünyasının gələcəyi və əmin-amanlığıdır” - FOTO - VİDEO

23.04.2026 19:46

İlyas Topsakal: “Bu uşaqlar Türk dünyasının gələcəyi və əmin-amanlığıdır” - FOTO - VİDEO

Türkiyədə 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı çərçivəsində keçirilən 2-ci Samsun Türk Dünyası Uşaq Festivalı bu gün də davam edib.

Primeinfo.az xəbər verir ki, festivalda 9 ölkədən 113 uşaq iştirak edib.

“Mustafa Dağıstanlı” idman salonunda baş tutan tədbirdə çıxış edən Türkiyənin Milliyətçi Hərəkat Partiyasının genəl başqan yardımçısı, millət vəkili, tarix elmləri doktoru, professor İlyas Topsakal bildirib ki, 23 Aprel – böyük Türk dövlətlərinin davamı olan Türkiyə Cümhuriyyətinin quruluş günüdür.

“Qazi Mustafa Kamal Atatürk 23 aprel 1920-ci ildə Türkiyəni uşaqlara əmanət edib. Uşaq xəyal qurur, yaşayır. Uşaq böyüyür və ailənin, nəslin, dövlətin davamını təmin edir. Bu səbəbdən də uşaqlar bizim hər şeyimizdir”.

İlyas Topsakal qeyd edib ki, 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı tədbirləri çərçivəsində dünyanın müxtəlif Türk dövlət və bölgələrindən gələn uşaqlar Türkiyədə bayram sevincini birlikdə yaşayırlar.

“Siz uşaqlar bu dünyanın gələcəyi, əmin-amanlığı və eyni zamanda sülhüsünüz, onun simvolusunuz. Savaşın ortasında Türk dünyası təhlükəsiz və huzur dolu bir məkan kimi yüksəlir”.

2-ci Samsun Türk Dünyası Uşaq Festivalı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Samsun Böyükşəhər Bələdiyyəsi, Türk Dünyası Araşdırmalar Vəqfi, Yunus Əmrə İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və s. qurumların təşkilatçılığı ilə keçirilib.

Festivalda Azərbaycan, Türkiyə, Qırğızıstan, Qaqauziya, Balkariya, Qazaxıstan, Özbəkistan, Şimali Kipr, Krım və Kosovodan olan uşaqlar türk dünyasının mədəni müxtəlifliyini, milli rəqslərini nümayiş etdiriblər.

Uşaqlar “Atatürkün şəhəri” kimi tanınan Samsundan öz mədəniyyətlərini və qardaşlıq mesajlarını dünyaya çatdırıblar.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Prof. Dr. İlyas Topsakal (@ilyastopsakal)

Paylaş: