İlyas Topsakal xəstə uşaqları ziyarət edib - FOTO - VİDEO
23.04.2026 14:18
Aprelin 23-də Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd edilir.
Primeinfo.az xəbər verir ki, bununla bağlı Türkiyənin Milliyətçi Hərəkat Partiyasının genəl başqan yardımçısı, millət vəkili, tarix elmləri doktoru, professor İlyas Topsakal sosial şəbəkədə paylaşım edib.
O, bayram çərçivəsində Samsun Şəhər Xəstəxanasında müalicə alan xəstə uşaqları ziyarət edib:
“Bu dəyərli balacaların üzündə təbəssüm yarada bilmək bizim üçün çox böyük xoşbəxtlik oldu. Uşaqlarımızın bütün bayramlarda sağlıqlı, ümid dolu və şən böyüdüklərini görməyi diləyirəm”.