Xəbər axtarın

Son axtarış nəticələri:

İlyas Topsakal: “Türk Dünyası Uşaq Festivalı coşğu və qardaşlıqla başa çatdı” – VİDEO

24.04.2026 13:23

İlyas Topsakal: “Türk Dünyası Uşaq Festivalı coşğu və qardaşlıqla başa çatdı” – VİDEO

“Samsunda təşkil etdiyimiz 2-ci Türk Dünyası Uşaq Festivalı coşğu və qardaşlıq duyğuları içində başa çatdı”.

Primeinfo.az xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının genəl başqan yardımçısı, millət vəkili, tarix elmləri doktoru, professor İlyas Topsakal bildirib.

“Azərbaycan, Qaqauz, Krım, Kosovo, Qırğızıstan, Balkariya, Özbəkistan, Qazaxıstan və Şimali Kipr Türk Respublikasından olan uşaqlarımızın iştirakı ilə baş tutan proqramlarda bir araya gəlməkdən böyük sevinc hissi keçirdik. Övladlarımız ailələrinə və şəhərlərinə bizdən salam aparsınlar; Samsunumuzu və gözəl Türkiyəmizi orada hər kəsə tanıtsınlar.

İlyas Topsakal: “Türk Dünyası Uşaq Festivalı coşğu və qardaşlıqla başa çatdı” – VİDEO

Qardaşlığımızın, dostluğumuzun və ortaq mədəniyyətimizin daim olmasını arzulayıram”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Türkiyədə 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı çərçivəsində keçirilən 2-ci Samsun Türk Dünyası Uşaq Festivalı keçirilib. Festivalda 9 ölkədən 113 uşaq iştirak edib.

Uşaqlar “Atatürkün şəhəri” kimi tanınan Samsunda türk dünyasının mədəni müxtəlifliyini, öz ölkələrinin milli rəqs və tamaşalarını nümayiş etdiriblər.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Prof. Dr. İlyas Topsakal (@ilyastopsakal)

Paylaş: