
Türkiyədə 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı çərçivəsində 2-ci Samsun Türk Dünyası Uşaq Festivalı başlayıb.
Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milliyətçi Hərəkat Partiyasının genəl başqan yardımçısı, millət vəkili, tarix elmləri doktoru, professor İlyas Topsakal bildirib.
Onun sözlərinə görə, festival Türk dünyasının müxtəlif bölgələrindən olan uşaqları bir araya gətirib.
Samsun Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi etdiyi festivala 9 ölkədən 113 iştirakçı qatılıb. Uşaqlar “Atatürkün şəhəri” kimi tanınan Samsundan öz mədəniyyətlərini və qardaşlıq mesajlarını dünyaya çatdırıblar.
İlyas Topsakalın sözlərinə görə, Türk dünyasının uşaqları ortaq gələcəyimizin ən güclü təminatıdır:
“Türk dünyası sevgidir, türk dünyası mədəniyyətdir, türk dünyası bizim gələcəyimizdir. Türk dünyasının hər yerindən gələn uşaqlar gözəl Samsunda görüşəcək, burada vaxt keçirəcək, bacı-qardaşlarını tanıyacaqlar. Onlar sivilizasiyamızı birləşdirən dəyərləri paylaşacaq, Türkiyədəki qardaşları ilə yaşadıqlarını, mədəniyyətimizi, cümhuriyyətimizin qurucu iradəsini ailələrinə danışacaqlar. Beləliklə, bu balaca ürəklər bir bədən kimi döyünəcək”.
Festival Samsun Böyükşəhər Bələdiyyəsi, Türk Dünyası Araşdırmalar Vəqfi, Yunus Əmrə İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) , Gənclik və İdman İl Müdirliyi və s. qurumların təşkilatçılığı ilə keçirilir.
Festivalın açılış mərasimində parad təşkil edilib.
Azərbaycan, Türkiyə, Qırğızıstan, Qaqauziya, Balkariya, Qazaxıstan, Özbəkistan, Şimali Kipr, Krım və Kosovodan olan uşaqlar əyinlərində öz ölkələrinin milli geyimləri, əllərində bayraqları və festival pankartları ilə Samsun küçələrində yürüşə çıxıblar. Onlar orkestrinin müşayiəti ilə türk dünyasının mədəni müxtəlifliyini nümayiş etdiriblər. Daha sonra konsert proqramı və xalq rəqsləri təqdim olunub.
Professor İlyas Topsalal bildirib ki, öz əcdadlarından miras qalan folklor nümunələrini göstərən bu uşaqlar türk dünyasının sarsılmaz mədəni birliyini bir daha nümayiş etdirdilər:
“Eyni kökdən qidalanan bu mübarək torpağın övladları eyni melodiyalara bir araya gəlib, eyni ritmdə yürüş edib, eyni ürək dili ilə qardaşlığımızı bəyan ediblər. Bu gün Samsunda yüksələn bu səs sabah bütün türk dünyasında əks-səda verəcək qardaşlığa çağırışdır. Çünki biz bir millət, bir tarixin övladlarıyıq və eyni gələcəyə doğru addımlayırıq”.
Festival üç gün ərzində müxtəlif mədəni tədbirlər, tamaşalar və toplantılarla davam edəcək.
Посмотреть эту публикацию в Instagram
Посмотреть эту публикацию в Instagram