Xəbər axtarın

Son axtarış nəticələri:

Bu gün XTQ-nin yaradılmasından 27 il ötür - FOTO

30.04.2026 10:35

Bu gün XTQ-nin yaradılmasından 27 il ötür - FOTO

Aprelin 30-u görünməyən cəbhələrin səssiz qəhrəmanları – Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılmasından 27 il ötür.

Primeinfo.az xəbər verir ki, 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Ordusunun ən çevik və yüksək döyüş qabiliyyətinə malik bölmələrindən biri yaradılıb.

XTQ-nin formalaşmasında Birinci Qarabağ müharibəsinin iştirakçıları olan zabit və gizirlər fəal iştirak ediblər. Heydər Əliyev tərəfindən vahid komandanlıq altında birləşdirilən Azərbaycan Ordusunun həmin bölmələri Türkiyə Silahlı Qüvvələri və onun XTQ-si ilə sıx əməkdaşlıqla formalaşdırılıb.

Xüsusi Təyinatlı Qüvvələrin bölmələri 2016-cı ilin aprelində baş vermiş döyüşlərdə iştirak ediblər. Döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

Vətən müharibəsində isə Azərbaycan hərb tarixinə yeni qəhrəmanlıq səhifələri yazan XTQ mənsubları ən mühüm əməliyyatların, ilk növbədə, Şuşa əməliyyatının keçirilməsində həlledici rol oynayıblar. Peşəkarlıqla bərabər, burada fədakarlıq, ölümün üzərinə şığıma həlledici amillərdəndir.

Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətindən İkinci Qarabağ Müharibəsində iştirak etmiş 36 nəfər Vətən Müharibəsi Qəhrəmanı medalı ilə, 2 nəfər “Zəfər” ordeni ilə, 57 nəfər “Qarabağ” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev XTQ-yə yüksək diqqət yetirir. Azərbaycan xüsusi təyinatlıları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib və dəfələrlə Amerika Birləşmiş Ştatları, Türkiyə və Pakistanda keçirilən yarışlarda fərqləniblər.

8 noyabrda İlham Əliyev XTQ komandanı Hikmət Mirzəyevi Şuşanın azad edilməsi münasibətilə təbrik edib.

Azərbaycan XTQ-si dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silah, döyüş vasitələri və texnikaya malikdir. Müharibədənsonrakı dövrdə də ordu quruculuğu prosesi yeni reallığa uyğun formalaşdırılmaqda davam edir. İkinci Qarabağ müharibəsində özlərini ən yaxşı cəhətdən göstərən XTQ təkmilləşdirilir, xüsusi təyinatlı yeni qüvvələr yaradılır.

Paylaş: