Xəbər axtarın

Son axtarış nəticələri:

Zelenskidən Putinin mayın 9-da atəşkəs təklifinə CAVAB

30.04.2026 12:26

Zelenskidən Putinin mayın 9-da atəşkəs təklifinə CAVAB

“Nümayəndələrimizə ABŞ Prezidentinin komandası ilə əlaqə saxlamağı və Rusiyanın qısamüddətli atəşkəs təklifinin təfərrüatlarını aydınlaşdırmağı tapşırdım”.

Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “Telegram” platformasında bildirib.

“Ukrayna sülhə can atır və bu müharibəyə həqiqətən son qoymaq üçün lazımi diplomatik işləri görür. Moskvada parad üçün bir neçə saatlıq təhlükəsizliyi və ya daha çox məqamı, yəni, dəqiq nəyin müzakirə olunduğunu müəyyən edəcəyik”, – deyə o əlavə edib.

Zelenski qeyd edib ki, Ukraynanın təklifi insanlar üçün etibarlı təhlükəsizliyi və davamlı sülhü təmin edən uzunmüddətli atəşkəsdir: “Ukrayna bunun üçün istənilən ləyaqətli və effektiv formatda çalışmağa hazırdır”.

Qeyd edək ki, Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun sözlərinə görə, Vladimir Putin 9 May paradına qədər atəşkəs elan etməyə hazırdır.

Paylaş: