
Sabirabadın Ulacalı kəndində Kür çayında suyun səviyyəsinin artması fəsadlara səbəb olub.
Primeinfo.az APA-ya istinadən xəbər verir ki, son günlər yağan intensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsi artmaqdadır.
Nəticədə Sabirabadın Ulacalı və Qruzma kəndlərini birləşdirən panton körpü sıradan çıxıb.
Kəndlər arasında nəqliyyat əlaqəsi müvəqqəti olaraq məhdudlaşıb.


