Xəbər axtarın

Son axtarış nəticələri:

Saakaşvilidən Marneulidə baş verənlərə kəskin reaksiya və ÇAĞIRIŞ

30.04.2026 10:23

Saakaşvilidən Marneulidə baş verənlərə kəskin reaksiya və ÇAĞIRIŞ

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili Marneulinin Şulaver kəndində fermerlərin keçirdiyi aksiyaya münasibət bildirib.

Primeinfo.az xəbər verir ki, keçmiş ölkə başçısı Marneuli fermerləri ilə həmrəy olduğunu bəyan edib.

O, “Facebook” sosial şəbəkə hesabında bütün müxalifəti Marneuliyə səfərbər olmağa çağırıb:

“Mənim həmrəyliyim Marneulidəki fermerlərlədir! Mən vaxtilə regionda etnik azərbaycanlıları təzyiqdən azad etmişdim. İndi isə İvanişvili öz korrupsiyası ucbatından bu zəhmətkeş, vətənpərvər insanları yenidən yoxsulluğa sürükləyib. Bütün Tbilisi müxalifətini Marneuliyə getməyə, Kvemo Kartli kəndlərinə çıxmağa, faktlar toplamağa və vətəndaşlarımızın yanında olmağa çağırıram. Studiyalarda oturmağınız və mənasız yazılar yazmağınız bəsdir!

Heç olmasa bir dəfə xalqa faydalı olun, onların yanında durun və birləşin”.

Paylaş: