Xəbər axtarın

Son axtarış nəticələri:

MİT Xomeyni ilə bağlı məxfi sənədi açıqladı - FOTO

29.04.2026 21:10

MİT Xomeyni ilə bağlı məxfi sənədi açıqladı - FOTO

Türkiyə kəşfiyyatı İranın mərhum ali rəhbəri Ruhulla Xomeyni ilə bağlı superməxfi sənədi açıqlayıb.

Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, Milli İstihbarat Teşkilatı (MİT) 11 noyabr 1964-cü il tarixli “tam məxfi” sənədi yayımlayıb.

Sənəddə İran inqilabının lideri Ruhullah Xomeyninin Türkiyədə sürgündə olduğu dövr təsvir olunur.

Sənəddə deyilir: “İranlı qonaq Türkiyəyə gəlib və onun Bursa şəhərində yerləşdirilməsi təşkil olunub. Qonağın yaşayış yeri və digər məsələlər Bursa Miqrasiya İdarəsi tərəfindən şəxsən təşkil ediləcək. Bununla bağlı bütün zəruri göstərişlər Bursa Miqrasiya İdarəsinə yazılı və şifahi şəkildə çatdırılıb. Qonaqla bağlı bütün şifrəli yazışmalarda “belli” təxəllüsündən istifadə olunacaq”, – deyə həmin dövrdə MİT rəhbəri Ziya Selışıkin məktubunda qeyd olunur.

Qeyd edək ki, Xomeyni 1962-1963-cü illərdə şah rejimi dövründə İranda saxlanıldıqdan sonra 4 noyabr 1964-cü ildə oğlu Mustafa ilə birlikdə Türkiyəyə sürgün edilib. O, əvvəlcə Ankaraya gətirilib, bir müddət orada qaldıqdan sonra 7 ay ərzində Bursa şəhərində MİT nəzarəti altında yaşayıb.

Məlumata görə, Xomeyni Bursa şəhərində fars dilini bilən MİT əməkdaşı, polkovnik Ali Çetinerin evində qalıb.

1516306

Paylaş: