Xəbər axtarın

Son axtarış nəticələri:

Kral III Çarlz Trampa gəmi zəngi hədiyyə etdi

29.04.2026 11:00

Kral III Çarlz Trampa gəmi zəngi hədiyyə etdi
Böyük Britaniya Kralı III Çarlz ABŞ Prezidenti Donald Trampa “HMS Trump” adlı Britaniya sualtı qayığına məxsus gəmi zəngi hədiyyə edib.

Primeinfo.az Oxu.az-a istinadən bildirir ki, bu barədə CNN məlumat yayıb.

“Sizin cəsur adaşınızın göyərtəsində asılmış bu orijinal zəngi şəxsi hədiyyə kimi təqdim etməkdən məmnunluq duyuram. Qoy bu əşya ortaq tariximizin və parlaq gələcəyimizin sübutu olsun”, – deyə Kral bildirib.

O əlavə edib ki, əgər nə vaxtsa Trampın Böyük Britaniya ilə əlaqə saxlamağa ehtiyacı yaransa, sadəcə zəngi çalmaq kifayətdir. Hədiyyə NATO-nun və 2021-ci ilin sentyabrında Hind-Sakit okean regionunda yaradılmış Avstraliya, Böyük Britaniya və ABŞ-nin üçtərəfli müdafiə alyansı olan AUKUS-un əhəmiyyəti barədə müzakirələrdən sonra təqdim edilib.

Qeyd olunub ki, “HMS Trump” sualtı qayığı 1944-cü ildə suya buraxılıb və xüsusən Böyük Britaniyanın Sakit okean donanmasının tərkibində xidmət göstərib.

Paylaş: