Xəbər axtarın

Son axtarış nəticələri:

İranda polis patruluna silahlı HÜCUM: 1 ölü, 3 yaralı

29.04.2026 13:00

İranda polis patruluna silahlı HÜCUM: 1 ölü, 3 yaralı

İranda polis patrul xidmətinə hücum olub.

Primeinfo.az-ın məlumatına görə, Sistan və Bəlucistan vilayəti polisinin informasiya mərkəzindən bildirilib ki, silahlı şəxslər Zahedan şəhərində polis patruluna atəş açıblar.

Hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hücumu törədən şəxslər hadisə yerindən qaçıblar. Onların saxlanılması və şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Paylaş: