
Moskvanın şimalında çoxmərtəbəli tikinti sahəsində baş verən yanğında ölənlərin sayı artıb.
Primeinfo.az APA-ya istinadən xəbər verir ki, yanğında ölənlərin sayı 7-yə çatıb.
***
14:30
Moskvanın şimalında çoxmərtəbəli tikinti sahəsində baş verən yanğında ölənlərin sayı 5-ə çatıb.
Primeinfo.az xəbər verir ki, 31 nəfər xilas edilib.
***
13:32
Moskvanın şimalında çoxmərtəbəli tikinti sahəsində yanğın baş verib.
Primeinfo.az xəbər verir ki, yanğın nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanan binanın içərisində 200-ə qədər insan ola bilər.
Hazırda 21 nəfərin xilas edildiyi bildirilib.
Operativ xidmətlər yanğının yayıldığını bildirir.