Xəbər axtarın

Son axtarış nəticələri:

Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı münaqişələri müzakirə etdi

17.03.2026 10:48

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.

Primeinfo.az xəbər verir ki, bu barədə məlumat Pakistan Xarici İşlər Nazirliyinin “X”dəki hesabında yayılıb.

Bildirilib ki, nazirlər regionda davam edən vəziyyətin son inkişafları barədə fikir mübadiləsi aparıb və qarşılıqlı maraq doğuran ikitərəfli məsələləri müzakirə ediblər.

Paylaş: