
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ-ın İrana hücumlarına qoşulmaq barədə qərar verməyə yaxındır.
Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Bildirib ki, krallığın müharibəyə girməsi yalnız an məsələsidir.
Müharibədən əvvəl Səudiyyə Ərəbistanı öz obyektlərinin və ya hava məkanının İranı bombalamaq üçün istifadəsinə icazə verməkdən imtina edirdi. Tehran Səudiyyə Ərəbistanının mühüm enerji obyektlərinə və krallığın paytaxtı Ər-Riyada raket və dronlar atmağa başlayanda münaqişədən kənarda qalmaq cəhdi uğursuz oldu.
Mənbələr bildiriblər ki, bundan sonra Səudiyyə Ərəbistanı ABŞ qoşunlarına Ərəbistan yarımadasının qərbindəki Kral Fəhd hava bazasından istifadə etməyə icazə verib.