
Yanvar-fevral ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan 2 642 ərizə müvafiq qaydada araşdırılaraq cavablandırılıb.
Primeinfo.az xəbər verir ki, Xidmət tərəfindən 4 103 sorğu və məktub cavablandırılıb.
Dövr ərzində Xidmətin rəhbər vəzifəli şəxsləri və əməkdaşları tərəfindən 2 517 vətəndaş fərdi qaydada qəbul edilb.
Daxil olan müraciətlər əsasən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, emal sənayesi, yaşayışın təşkili və ictimai iaşə, nəqliyyat və digər sahələrlə bağlı olub.
Qeyd edək ki, hər bir müraciət qanunvericiliyin tələbləri əsasında cavablandırılıb, sorğu xarakterli müraciətlərə isə müvafiq izahatlar verilib.
