Xəbər axtarın

Son axtarış nəticələri:

Dubay aeroportu ilk sərnişin təyyarəsini yola saldı

02.03.2026 21:39

Dubay Beynəlxalq Hava Limanı günün başlanğıcından ilk sərnişin təyyarəsini yola çıxarıb.

Primeinfo.az xəbər verir ki, təyyarənin marşrutu Səmərqənd şəhərinədir.

Əvvəlcə Dubayda hava limanlarının məhdud rejimdə fəaliyyətini bərpa etdiyi açıqlanmışdı. Söhbət həm Dubay Beynəlxalq Hava Limanı (DXB), həm də Əl-Maktum Hava Limanından (DWC) gedir.

Buna baxmayaraq, sərnişinlərə tövsiyə olunur ki, aviadaşıyıcılar tərəfindən uçuş vaxtı dəqiq təsdiqlənməyibsə, hava limanlarına gəlməsinlər.

Paylaş: