Xəbər axtarın

Son axtarış nəticələri:

Elçin Hüseynov şəhid ailələri, qazilər və kimsəsiz uşaqlara iftar verdi - FOTO

10.03.2026 13:00


Ötən gün müğənni Elçin Hüseynov rəhbəri olduğu “Halikarnas By Niel”də iftar süfrəsi təşkil edib. Ramazan ayının mənəvi ab-havasında baş tutan tədbir eyni zamanda məkanın yeni adı ilə fəaliyyətinin təqdimatı olub.

Primeinfo.az xəbər verir ki, iftar süfrəsinə sənət aləminin tanınmış simaları, ictimaiyyət nümayəndələri və ziyalılar dəvət olunub.

Tədbirdə həmçinin şəhid ailələri, qazilər və 8 saylı Sanatoriya Tipli İnternat Məktəbinin uşaqları da iştirak ediblər.

Gecənin ən yaddaqalan anlarından biri Xalq artisti Alim Qasımovun səhnəyə çıxaraq canlı şəkildə azan oxuması olub. Məkan daxilində səslənən azan iştirakçılar tərəfindən böyük ehtiramla qarşılanıb və tədbirə xüsusi mənəvi aura qatıb.

Səmimi atmosferdə keçən gecədə sənət adamları da çıxış ediblər. Qonaqlar Ramazan ayı münasibətilə bir-birlərinə xoş arzularını çatdırıblar. Çıxışçılar müğənni Elçin Hüseynovu həm məkanın fəaliyyəti, həm də təşkil olunan bu xeyirxah təşəbbüs münasibətilə təbrik ediblər.

Beləliklə, iftar süfrəsi səmimi ünsiyyət, mənəvi birlik və xoş ovqat şəraitində davam edib.

 

Paylaş: