
İsrail Müdafiə Qüvvələri (IDF) İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyünü rəsmən elan edib.
Primeinfo.az-ın xəbərinə görə, IDF-in açıqlamasında Əli Laricaninin “İran rejiminin rəhbərliyində ən təcrübəli və yüksək rütbəli şəxslərdən biri hesab olunduğu” bildirilib.
Qeyd edilib ki, Laricani İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyinin yaxın tərəfdaşı olub.
İranda son aksiyalarda etirazçılara qarşı qırğınlara şəxsən Laricaninin nəzarət etdiyi vurğulanıb.
***
14:00
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani öldürülüb.
Primeinfo.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.
Katz “Kanal 12” telekanalına İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyünü təsdiqləyib.
Müdafiə naziri qeyd edib ki, Əli Laricani gecə İsrailin İrana endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.