
Bakı Metropoliteni fevral ayı üzrə sərnişindaşıma statistikasını açıqlayıb.
Bu barədə Primeinfo.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, 2026-cı ilin fevral ayında metrodan ümumilikdə 17 milyon 642 min 798 nəfər istifadə edib.
Ayın ən sıx günü 18 fevral 2026-cı il olub. Həmin tarixdə metropoliten vasitəsilə 818 min 376 sərnişin daşınıb.
Ən sakit gün isə 22 fevral 2026-cı il qeydə alınıb. Həmin tarixdə isə metrodan istifadə edənlərin sayı 390 min 507 nəfər təşkil edib.
