
“Güney Azərbaycanla bağlı Bakıda konfrans keçirməyə ehtiyac var”.
Primeinfo.az xəbər verir ki, bu fikri Müsavat Partiyasının başqanı İsa Qəmbər Prime TV-nin “Turan masası” proqramında bildirib.
O, bütöv Azərbaycan ideyası ilə əlaqədar vahid platformanın yaradılmasının vacibdliyi vurğulayıb.
Qeyd edib ki, bunun üçün Bakıda elə bu ay forum təşkil edilməlidir:
“Qarşıdan 20 mart gəlir – həm Ramazan, həm də Novruz bayramıdır. İki həftə zaman var. Nə olar ki, Bakıda yaxşı konfrans, forum təşkil edilsin. Adını çəkdiyim və çəkmədiyim bütün güneyli soydaşlarımızı, tanınmış simaları dəvət edək Bakıya. Gəlsinlər bura, öz aralarında danışsınlar, vahid platforma əldə etməyə çalışsınlar. Bilirsiniz ki, zidiyyətlər, razılaşılmayan məqamlar var.
Həm Azərbaycanın ictimai-siyasi dairələri, həm də hakimiyyətlə söhbətlərə, məsləhətləşmələrə imkan olsun. Açıq və qapalı şəkildə görüşlər keçirilsin. Vahid platforma Bakıda hazırlansın”, – deyə İsa Qəmbər təklif səsləndirib.
Davamı “Turan masası”nda: