Xəbər axtarın

Son axtarış nəticələri:

"Həmid Herisçi sağ-salamatdir" - Təbrizdə qalan yazıçıdan XƏBƏR

03.03.2026 19:35

Hazırda Təbrizdə olan tanınmış yazıçı Həmid Herisçi tezliklə Azərbaycana qayıdacaq.

Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı yazıçının həyat yoldaşı İlhamiyyə Rza sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, Həmid Herisçi Təbrizdə qohumlarının yanındadır və vəziyyəti yaxşıdır:

“Əziz dostlar, tanışlar, qohumlar, Həmiddən nigaran qalanlar, bir xəbər olsa paylaşmağımı istəyənlər. Həmid şükür Allaha ki, sağ-salamatdır. Təbrizdə, dostlarının və qohumlarının əhatəsindədir. Sadəcə əlaqə qura bilmirik. Konsulluq vasitəsilə xəbər tuta bildim. Tezliklə qayıdacaq. Təşəkkür edirəm!”

Qeyd edək ki, Həmid Herisçi əslən təbrizlidir. Onun atası Qafar Herisçi 1923-cü ildə Təbriz şəhərində anadan olub.

Paylaş: