Xəbər axtarın

Son axtarış nəticələri:

İran Naxçıvandakı dron hücumuna görə İsraili günahlandırdı

05.03.2026 16:39

İran Silahlı Qüvvələrinin Baş Qərargahı Azərbaycan istiqamətində pilotsuz uçuş aparatlarının göndərilməsini təkzib edib. 

Primeinfo.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda qeyd olunub ki,  İran bütün ölkələrin, o cümlədən, qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşır:

Bundan əlavə, İran Baş Qərargahı bildirib ki, İsrail Azərbaycandakı dron hadisəsinə görə məsuliyyət daşıyır və bunu İranı günahlandırmaq üçün edib.

Paylaş: