
İranın Rusiyadakı səfiri Kazım Cəlali İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamneyinin Moskvada müalicə alması xəbərlərinə münasibət bildirib.
Primeinfo.az-ın xəbərinə görə, səfir “X”-da Müctəba Xamneyinin tibbi yardım almaq üçün gizli şəkildə Rusiyaya aparılması barədə xəbərləri təkzib edib.
O, belə məlumatları “yeni psixoloji müharibə” adlandırıb.
Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov Müctəba Xamneyinin müalicə üçün gizli şəkildə Moskvaya aparıldığı barədə xəbərlərə münasibət bildirməkdən imtina edib.
Xatırladaq ki, Küveyt mediası Müctəba Xamneyinin Moskvada Prezident Administrasiyasının xəstəxanalarından birində müalicə alması barədə məlumat yayıb.