Xəbər axtarın

Son axtarış nəticələri:

İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​- XİN

13.03.2026 13:21

İranda 60-dən artıq ölkənin 3400-dən çox vətəndaşının təxliyəsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət olunub.

Primeinfo.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavabında XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, 395 Azərbaycan vətəndaşı İrandan Azərbaycana təxliyə olunub.

Ayxan Hacızadə qeyd edib ki, İranda və İsraildə olan Azərbaycan vətəndaşlarının hərbi əməliyyatlar nəticəsində xəsarət alması barədə məlumat yoxdur.

Paylaş: