Xəbər axtarın

Son axtarış nəticələri:

İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır

03.03.2026 14:30

Nüvə müzakirələri ilə bağlı yayılan iddialar yalandır.

Primeinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi jurnalistlərə açıqlamasında deyib.

“Danışıqların son mərhələsində ABŞ-ın bizə müəyyən təkliflər etməsi və bizim onu qəbul etməməyimizlə bağlı iddialar yalandır. Ümumiyyətlə, danışıqlar prosesi ilə bağlı irəli sürülən bütün iddialar yalandır”, – Bəqayi vurğulayıb.

O, müharibənin genişləndiyini vurğulayıb. Bəqayi əlavə edib ki, “təhlükəli bölgə yaratmaq İsrailin layihəsidir və təəssüf ki, Amerika da buna cəlb edilib”.

Paylaş: