
Təl-Əviv administrasiyası İrana hücumların planlaşdırıldığından daha uzun müddət, ən azı bir ay davam edəcəyini gözləyir.
Primeinfo.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” telekanalı məlumat yayıb.
Bildirilib ki, Təl-Əviv və Vaşinqton administrasiyaları İran hökumətini devirmək üçün bütün mövcud vasitələrdən istifadə etmək niyyətindədir.
Telekanalın mənbələrə istinadən yaydığı xəbərdə İrana hücumların əvvəlcə bir neçə həftə planlaşdırıldığı, lakin İsrailin gəldiyi son qənaətə görə isə ən azı bir ay davam edəcəyi bildirilir.