
“İran ərazisinə ABŞ və İsrail quru qoşunları daxil olarsa, hər iki tərəfdə çox böyük itkilər ola bilər. Bu da Amerika və İsrail cəmiyyətində böyük narazılıqlar yaradacaq. Ona görə də quru əməliyyatların olacağı gözlənilmir”.
Primeinfo.az xəbər verir ki, bu sözləri təhlükəsizlik eksperti İlham İsmayıl Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
“Digər məsələ, əgər İranın sahil torpaqlarının ələ keçirilməsi bir çətinlikdisə, eyni zamanda tam təhlükəsizlik də yaratmayacaq”.
Davamı “Qırmızı masa”da: