
“Son illər İrandakı xüsusi xidmət orqanları – SEPAH və başqaları, nəinki hərbi, həm də ciddi şəkildə siyasi və iqtisadi gücə çevrilmişdilər. Yəni, ölkəni faktiki ali dini rəhbər idarə etmirdi, onlar idarə edirdi. Bu da sivil siyasətçilərin və hətta bəzi din xadimlərinin xoşuna gəlmirdi”.
Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin “Qırmızı masa” verilişində ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib.
“Ona görə yox ki, onlar ideoloji rəqib idilər, xeyr. Ona görə ki, maddi maraqları toqquşurdu. Məsələn, dünənə qədər sivil siyasət neft, qaz, resurslarla bağlı qərarlar verə bilirdi, indi isə səlahiyyət SEPAH-a keçmişdi”, – deyə o əlavə edib.
Ətraflı “Qırmızı masa”da: