
“İranı xəritədən silmək xülyası, tarix yazmış bir xalqın iradəsi qarşısında acizliyin təzahürüdür”.
Primeinfo.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian bildirib.
Onun sözlərinə görə, təhdidlər və terror yalnız xalqın birliyini daha da möhkəmləndirir.
“Hörmüz boğazı torpaqlarımıza zərər vuranlar istisna olmaqla, hər kəsin üzünə açıqdır. Biz döyüş meydanında səsləndirilən əsassız təhdidlərə qətiyyətlə cavab veririk”, – deyə Pezeşkian qeyd edib.