
“İran kimi Səudiyyə Ərəbistanı da şəriət qanunları ilə idarə olunur. Amma Səudiyyə Ərəbistanı heç bir dövlətə problem yaratmır”.
Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin “Qırmızı masa” verilişində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının bir çox dövlətlərlə yaxşı münasibəti var, o cümlədən Azərbaycanın strateji tərəfdaşıdır:
“Səudiyyə Ərəbistanının iqtisadiyyatı da inkişaf edib. Çünki İran kimi paralel hərbi strukturlar yaratmayıb. Müxtəlif ölkələrdə silahlı qruplar yaradaraq, kənar ölkələri təhdid etməyib”.
Davamı “Qırmızı masa”da: