
“Ümid edirəm ki, Naxçıvan hadisəsi birinci və sonuncu olacaq, belə bir səhv bir daha təkrar edilməyəcək”.
Primeinfo.az xəbər verir ki, bu sözləri ReAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
O, İranın bu gün 2 ədəd pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasını və Babək rayonunun Şəkərabad kəndində yerləşən orta məktəbin yaxınlığını vurmasını şərh edib.
“Ortalığa fərqli məsələlər çıxır. Azərbaycan və Türkiyə arasında “Şuşa Bəyannaməsi” var. Bir-birimizə qarşı olan təcavüzdə birgə fəaliyyət göstərmək öhdəliyimiz var. Belə çıxır ki, İran NATO-nun ikinci ən böyük və ən güclü ordusu ilə üzbəüz qalmaq istəyir? Son illərdə döyüş təcrübəsi çox yüksək qiymətləndirilən Azərbaycan ordusu ilə üzbəüz qalmaq istəyir? İranın istəyi və məqsədi nədir?”, – deyə N.Cəfərli əlavə edib.
Davamı “Qırmızı masa”da: