Xəbər axtarın

Son axtarış nəticələri:

İranın yeni Ali Lideri Müctəba Xamneyi yaralanıb - RƏSMİ

12.03.2026 12:02

“İranın yeni Ali Lideri Müctəba Xamneyi yaralanıb, lakin özünü yaxşı hiss edir”.

Primeinfo.az-ın xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində məlumat verib.

“O, xəsarət alıb, amma özünü yaxşı hiss edir. Onun ilk çıxışını nə vaxt edəcəyini bilmirəm. Ali lider postu uğrunda üç-dörd nəfər mübarizə aparırdı, amma Ekspertlər Şurasında əksəriyyət onu seçdi”, – deyə Bəqai bildirib.

Xatırladaq ki, Müctəba Xamneyi atası seyid Əli Xamneyinin fevralın sonu öldürülməsindən sonra İranın yeni Ali Lideri seçilib.

Xarici mediada onun İrana aviazərbələr zamanı yaralanması barədə xəbərlər yayılmışdı.

Paylaş: