
Ötən gün İranın müdafiə naziri vəzifəsinin icraçısı təyin olunan general Məcid bin ər-Rzanın öldürüldüyü bildirilir.
Primeinfo.az xəbər verir ki, məlumatı İsrailin Kanal 12 telekanalı təsdiqləyib.
Qeyd edək ki, Məcid bin ər-Rza cəmi bir gün əvvəl İran Prezident Aparatının yaydığı açıqlama ilə müdafiə nazirinin səlahiyyətlərini icra edən şəxs təyin olunmuşdu. Onun təyinatı İsrail və ABŞ-nin İrana qarşı başladığı hərbi kampaniyanın davam etdiyi bir vaxtda baş vermişdi.
Xatırladaq ki, generalın sələfi Əziz Nəsirzadə 2026-cı il fevralın 28-də – İrana qarşı İsrail-ABŞ hərbi əməliyyatlarının ilk günündə həlak olmuşdu.
Rəsmi Tehranın hadisə ilə bağlı mövqeyi və ölümün təfərrüatları hələlik açıqlanmayıb. Baş verənlər regionda eskalasiyanın yeni mərhələyə keçdiyini göstərir.