Xəbər axtarın

Son axtarış nəticələri:

İsrail Hərbi Hava Qüvvələri Əli Xamneyinin uçağını MƏHV ETDİ - VİDEO

16.03.2026 12:23

İsrail Hərbi Hava Qüvvələri Tehranda “Mehrabad” hava limanında İranın keçmiş lideri Əli Xamneyi və yüksək rütbəli məmurların istifadə etdiyi təyyarəni məhv edib.

Primeinfo.az Report-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, təyyarə Əli Xamneyinin, eləcə də İranın digər yüksək vəzifəli rəsmiləri və hərbçilərinin sərəncamında olub. Ondan həm daxili, həm də hərbi satınalmalar və müttəfiq dövlətlərlə fəaliyyətin əlaqələndirilməsi ilə bağlı beynəlxalq uçuşlar üçün istifadə edilirdi.

“Təyyarənin məhv edilməsi İran rəhbərliyinin “Müqavimət oxu” dövlətləri (İranın müttəfiqləri – red.) ilə fəaliyyəti koordinasiya etmək, hərbi gücü artırmaq və mövqelərini bərpa etmək qabiliyyətini azaldır”, – açıqlamada vurğulanıb.

Paylaş: