Xəbər axtarın

Son axtarış nəticələri:

İsrail Müctəba Xamneyinin ölümünə fərman verib

10.03.2026 14:44

Prezident Donald Tramp köməkçilərinə ABŞ-ın tələblərinə tabe olmasa, İranın yeni Ali Rəhbəri Müctəba Xamneyinin sui-qəsdini dəstəkləyəcəyini bildirib.

Primeinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin məlumatına görə, İsrail İranın yeni Ali Liderini aradan götürmək üçün əməliyyat keçirəcək.

İsrailin Müctəba Xamneyini məhv etmək məqsədi daşıyan əməliyyat keçirəcəyini hazırkı və keçmiş ABŞ rəsmiləri “The Wall Street Journal” qəzetinə bildiriblər. Onlar İsrailin ABŞ ilə birgə əməliyyatda İran rəhbərliyinə qarşı hücumlarda liderlik etdiyini söyləyiblər.

Qəzetin mənbələrinə görə, ABŞ prezidenti Donald Tramp köməkçilərinə bildirib ki, əgər oğul Xamneyi ABŞ-ın tələblərinə, xüsusən də nüvə inkişafının dayandırılmasına əməl etməsə, İranın yeni Ali Liderinin sui-qəsdini dəstəkləyəcək.

Vaşinqton Müctəba Xamneyi atası mərhum Əli Xamneyinin “güzəştsiz varisi” kimi görür və buna görə də hazırkı liderin İranın nüvə silahı əldə etmək cəhdlərindən əl çəkəcəyini və ya ABŞ üçün əlverişli şərtlərlə münaqişəyə son qoymaq üçün danışıqlar aparacağını gözləmir.

Müctəba Xamneyi atasının ölümündən bir müddət sonra – martın 9-da İranın yeni Ali Lideri elan edilib.

Paylaş: