
“İşte benim stilim”in iştirakçılarından olan, sosial media fenomeni və modelyer Ayşegül Eraslan evində ölü tapılıb.
Primeinfo.az Axşam.az-a istinadən xəbər verir ki, hadisə yerinə çağırılan polis və təcili tibbi yardım əməkdaşları onun ölümünü təsdiqləyib. Onun hansı səbəbdən intihar etdiyi hələlik bəlli deyil.
27 yaşlı Ayşegül Eraslanın sosial media hesabında etdiyi son paylaşımlar və evdə tapıldığı deyilən üstü qanlı yazı bunun intihar ola biləcəyi ehtimalını artırıb.
Hadisə ilə bağlı araşdırmaya aparılır.
Qeyd edək ki, Ayşegül Eraslan Türkiyədə yayımlanan “İşte benim stilim” moda yarışmasında iştirak etdikdən sonra tanınıb.

