
Laçın-Şuşa yolunda yol qəzası baş verib.
Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən, təxminən saat 15 radələrində baş verib.
Hərbçilərin idarə etdiyi iki “KamAZ” markalı yük avtomobilləri Xocalı rayonu ərazisində toqquşub.
Hadisə nəticəsində bir hərbçi ölüb, biri xəsarət alıb.