Xəbər axtarın

Son axtarış nəticələri:

Müctəba Xamneyi müalicə üçün Moskvaya aparılıb - ŞOK İDDİA

15.03.2026 12:22

İranın ali liderinə yaxın mənbə Küveytin “Al-Jarida” nəşrinə bildirib ki, Müctəba Xamneyi müalicə məqsədilə Moskvaya aparılıb. Onun evakuasiyası üçün gizli əməliyyat həyata keçirildiyi iddia olunur.

Primeinfo.az xəbər verir ki, Müctəba Xamneyi fevralın 28-də İsrailin zərbələri zamanı ağır yaralanıb.

Bildirilir ki, Rusiya prezidenti Vladimir Putin yardım təklif edib və İran rəhbərliyi bu təklifi qəbul edib. Hərbi təyyarə Xamneyini Moskvaya çatdırıb, burada o əməliyyat olunub və hazırda paytaxtdakı özəl klinikalardan birində müalicə alır.

Eyni zamanda islahatçı dairələrə yaxın mənbələr iddia edir ki, İran mediasında yayımlanan Xamneyinin qısa müraciəti əslində Təhlükəsizlik Şurasının katibi Əli Laricani tərəfindən yazılıb.

Həmin mənbələrin sözlərinə görə, Xamneyinin özü ölkəyə müraciət etdiyindən belə xəbərsiz ola bilər.

Paylaş: