Xəbər axtarın

Son axtarış nəticələri:

Müctəba Xamneyi yenə üzə çıxmadı

12.03.2026 21:58

İranın yeni ali lideri Müctəba Xamneyinin seçilməsindən sonra ilk müraciəti yayımlanıb.

Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, Xamneyi bu gün televiziya vasitəsilə xalqa müraciət etməyib və onun bəyanatı aparıcı tərəfindən oxunub.

“Daily Mail” qəzeti bunun Xamneyinin ağır vəziyyətdə olmasının mümkün göstəricisi olduğunu qeyd edir. Qəzetin Tehrandakı mənbəsinin iddiasına əsasən, o, paytaxtın tarixi hissəsində yerləşən Sina Universitet Xəstəxanasının reanimasiya şöbəsində komada saxlanılır.

Məlumata görə, təhlükəsizlik səbəbilə xəstəxananın bir hissəsi bağlanıb və ərazi xüsusi xidmət əməkdaşları tərəfindən qorunur. Hələlik Müctəba Xamneyinin atasının öldüyü hava zərbələri zamanı yaralanıb-yaralanmadığı dəqiq bilinmir.

“The Sun” qəzeti isə daha fərqli iddia ilə çıxış edib. Nəşrin mənbələrinə istinadən yazdığına görə, Müctəba Xamneyi hava zərbəsi nəticəsində ciddi xəsarətlər alıb və onun bir və ya iki ayağı amputasiya edilib. Bildirilir ki, o, həmçinin ağır daxili zədələr, qaraciyər və ya mədə yırtılması ehtimal olunan travmalar alıb və komadadır.

Qeyd olunmalıdır ki, bu məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib və İran rəsmiləri tərəfindən hadisə ilə bağlı açıqlama verilməyib.

Xatırladaq ki, Müctəba Xamneyi müharibənin başlamasından sonra ictimaiyyət qarşısına çıxmayıb.

Paylaş: