Xəbər axtarın

Son axtarış nəticələri:

“Nizami”də velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO

17.03.2026 15:36

Paytaxtın Yasamal rayonunda daha 4 kəsişmədəki svetoforlara velosiped bölmələri quraşdırılıb. Mikromobilliyin inkişafı istiqamətində görülən işlər çərçivəsində Cəfər Cabbarlı küçəsinin Bəsti Bağırova, Əli bəy Hüseynzadə və Salatın Əsgərova küçələri ilə kəsişmələrində, həmçinin Şıxəli Qurbanov küçəsi ilə Şamil Əzizbəyov küçəsinin kəsişməsindəki mövcud svetoforlara 8 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib.

Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, LED işıqlandırma ilə təchiz olunan yeni nəsil bölmələr velosipedçilərin və kiçik elektrik nəqliyyat vasitələrini idarə edənlərin yollarda daha təhlükəsiz hərəkət etməsinə imkan yaradır.

Paylaş: