
“SEPAH-ın uzaqlaşmasında ən mühüm rolu İranın milli ordusu oynayacaq. Əvvəla, onlar arasında ciddi rəqabət var. Hazırda ölkənin hərbi büdcəsini, hətta daha artığını SEPAH əlində cəmləyib.
Bununla da kifayətlənməyərək, İran neftinin yarısını SEPAH, digər yarısını isə İran Dövlət Neft Şirkəti satır. Bütün bunlar isə istər-istəməz digər qrupları, xüsusilə də milli ordunu narahat edir”.
Primeinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Heydər Oğuz Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
O əlavə edib ki, ona görə də İranda münbit şərait yaransa, ordu ayağa qalxıb SEPAH-ı devirəcək.
Davamı “Qırmızı masa”da: