
“Pezeşkian ciddi fiqurdur. Xamneyinin ölümündən sonra İranda müvəqqəti idarəetmə üçlüyü yaradılanda, Pezeşkian da 3 nəfərdən biri təyin edildi. Onun heç bir səlahiyyəti, gücü, önəmi olmasaydı, həmin üçlüyə daxil etməzdilər”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Müsavat Partiyasının başqanı İsa Qəmbər Prime TV-nin “Turan masası” proqramında bildirib.
“Maraqlı məqamlardan biri odur ki, İsrail İranın bütün siyasi və hərbi liderlərini vurmağa çalışsa da, Pezeşkianla hələ ki, işləri yoxdur. Müəyyən məqamlara toxunmurlar”, – deyə başqan əlavə edib.
İsa Qəmbər İranın Naxçıvana dron hücumunu və digər məsələləri də şərh edib.
Davamı “Turan masası”nda: