
“Pezeşkian çox çətin durumdadır. İran siyasətində onu sağdan da, soldan da vururlar”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Turan masası” proqramında Güney Azərbaycanın tanınmış ozanı Araz Elsəs bildirib.
Onun fikrincə, İran Prezidenti Məsud Pezeşkian təcili qərar verməlidir:
“Pezeşkian görsə ki, daha heç bir səlahiyyəti yoxdur, onu sadəcə “kukla” kimi saxlayıblar, qərar verməlidir. O, vəzifəsindən istefa verib, Təbrizə gəlməli və Azərbaycan milli hərəkatına qoşulmalıdır. Bu işi vaxtında edərsə, milli hərəkat Pezeşkiana sahib çıxar”.
Davamı “Turan masası”nda: