Xəbər axtarın

Son axtarış nəticələri:

Portuqaliya XİN Naxçıvana dron hücumunun qəbuledilməz olduğunu vurğulayıb

09.03.2026 18:24

Portuqaliyanın xarici işlər naziri Paulo Rangel Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Bu barədə Primeinfo.az-a XİN-dən məlumata verilib.

Telefon danışığı zamanı tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər Yaxın Şərqdə müharibə fonunda regional təhlükəsizlik üçün yaranan riskləri nəzərdən keçiriblər. Bu çərçivədə, İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumunun qəbuledilməz olduğu vurğulanıb və pislənib.

Telefon danışığı zamanı Azərbaycan və Portuqaliya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən siyasi dialoq, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Paylaş: