Xəbər axtarın

Son axtarış nəticələri:

Prezident nazirlikdə müavinlərin sayını ARTIRDI

17.03.2026 17:11

Prezident İlham Əliyev “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edib.

Primeinfo.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, nazirin müavinlərinin sayı 5-dən 6-ya çatdırılıb.

Müavinləri vəzifəyə dövlət başçısı təyin edir və vəzifədən azad edir. Nazir müavinləri nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

Paylaş: