Xəbər axtarın

Son axtarış nəticələri:

Qalibaf: "Amerika qüvvələri bölgəni tərk etməlidir"

17.03.2026 12:16


ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğu təhlükəsizlik gətirmir və regional ölkələr Vaşinqton olmadan yeni bir nizam yaradacaqlar.

Primeinfo.az Gunaz.tv-yə istinadən xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf deyib.

Qalibaf bölgədə təhlükəsizliyin regional ölkələr tərəfindən qurulmalı olduğunu bildirib:

“Yaxın Şərqin siması və nizamı dəyişəcək, amma ABŞ planlarına uyğun olaraq yox. Biz, bölgənin İslam ölkələri olaraq, iqtisadi və təhlükəsizlik çərçivəsində bölgəsəl nizam və təhlükəsizlik yaradacağıq”.

O, həmçinin iddia edib ki, İran 12 günlük müharibədən sonra raket buraxıcılarının dizaynını və sistemini dəyişdirib və “düşmən onları vura bilməz”.

Paylaş: