Xəbər axtarın

Son axtarış nəticələri:

“Qarabağ” klubu ABŞ-dən azərbaycanlı oyunçunu baxışa gətirdi

27.03.2026 20:32


“Qarabağ” klubu ölkə xaricində yaşayan azərbaycanlı futbolçunu baxışa çağırıb.

Primeinfo.az Sportinfo-ya istinadən xəbər verir ki, həmin oyunçu Altay Ordubadidir.

ABŞ-də doğulan və futbolda ilk addımlarını Koliforniyada atan 21 yaşlı gənc hazırda Bakıdadır. Mərkəz yarımmüdüfiəçisi mövqeyində çıxış edən futbolçu bir müddət burada qalacaq.

Əvəzedici heyətdə məşqə çıxan Altayın əsas komandaya cəlb olunub-olunmaması özünü “dubl”da necə göstərməsindən asılıdır.

Paylaş: